“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 01 aprel 2023-cü il tarixinədək 613 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib.
Energetika Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, hesabat dövründə AÇG-dən 572 mln. ton neft, “Şahdəniz”dən isə 41 mln. ton kondensat çıxarılıb.
“Bundan 611 mln. tonu 01 aprel 2023-cü il tarixinədək ixraca nəql edilib”, - məlumatda qeyd olunur.
Qeyd edək ki, 2023-cü ilin 1-ci rübü üzrə ölkədə 7,7 mln. ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 4,7 mln. tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,1 mln. tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,9 mln. ton təşkil edib.
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
Fırıldaqçılar “Odisseya” filminin premyerası ətrafındakı ajiotajdan rusdilli istifadəçiləri aldatmaq üçün istifadə edirlər
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir