11 aprel 2023 16:09
301

Azərbaycanda neft emalı artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 1,7 mln. ton neft emal edilib.

Bu barədə “İki sahil” Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-mart aylarında ölkədə 140 min ton artıq neft emal edilib.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.