İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) 2021-ci ildə ləğv edilmiş müəssisəyə 9,6 milyon manat maliyyə dəstəyi ayırıb.
“İki sahil” xəbər verir ki, bu barədə Hesablama Palatasının təhlilində bildirilib. Qeyd edilib ki, 05.10.2020-ci il tarixində “Daşkəsən Filizsaflaşdırma” ASC ləğv edilib və 14.12.2020-ci il tarixindən “AzerGold” QSC tərkibində törəmə hüquqi şəxs qismində “Daşkəsən Dəmir Filiz” MMC təsis edilib. Buna baxmayaraq, ƏMDX 2021-ci ildə “Daşkəsən Dəmir Filizi” MMC-yə 9,6 milyon manat maliyyə dəstəyi ayırıb və 100% həcmində istifadə edilib.
Hesablama Palatası vurğulayıb ki, qeyd edilən vəsaitin ayrılması "Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"nın məqsədlərinə tamamilə uyğun olmayıb.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub