Şuşa şəhərində istilik xidmətinə görə yığım səviyyəsi 100 %-dir.
“İki sahil” xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.
"Şuşada elektrik enerjisi ilə işləyən 7 qazanxana tikmişik və onlar hazırda istismar olunur. Burada abonentlərimiz əsasən qeyri-əhali qrupuna daxil olan müştərilərdir. Onlarda da yığım tamdır”, - deyə o qeyd edib.
Hazırda ölkə üzrə yığım səviyyəsi 88-90 %, məcburi köçkün şəhərcikləri üzrə isə 45 %-dir.
“İşğaldan azad edilmiş ərazilər “Yaşıl enerji” zonası elan edilib. Həmin ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı var. Proqram çərçivəsində biz optimal istilik təchizatı sistemlərinin yaradılması ilə bağlı təkliflər verməliyik. Hazırda Prezidentin işğaldan azad edilmiş ərazilərdə xüsusi nümayəndəlikləri ilə sıx işləyirik", - deyə İ.Mirzəliyev əlavə edib./REPORT/
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
Fırıldaqçılar “Odisseya” filminin premyerası ətrafındakı ajiotajdan rusdilli istifadəçiləri aldatmaq üçün istifadə edirlər
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir