2021-ci ildə ölkə üzrə ümumi buğda əkini sahəsinin həcmi 572 min 309 hektar olmaqla 2020-ci illə müqayisədə 16 min 106 hektar və ya 2,7%, 2019-cu illə müqayisədə isə 97 min 711 hektar və ya 14,6% azalıb.
"İki sahil” Hesablama Palatasına istinadən xəbər verir ki, istehsal olunmuş buğdanın miqdarı 2021-ci ildə 1885,4 min ton təşkil edərək 2020-ci ilə nisbətən 18,1 min ton və ya 1% artsa da, 2019-cu illə müqayisədə 286,1 min ton və ya 13,2% azalıb.
Qeyd edək ki, bu dövrdə ölkədaxili tələbatın bir hissəsi ehtiyatların hesabına təmin edilməklə buğda statistik balansı üzrə ehtiyatın qalığı 62,3% azalaraq 01.01.2022-ci il tarixinə 325,7 min ton (eləcə də bütün növ un ehtiyatının qalığı 23,3% azalaraq 359,5 min ton) təşkil edib.
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
Fırıldaqçılar “Odisseya” filminin premyerası ətrafındakı ajiotajdan rusdilli istifadəçiləri aldatmaq üçün istifadə edirlər
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir