11 aprel 2023 16:49
336

Azərbaycanda I rübdə 87 mindən çox “ASAN İmza” sertifikatı verilib

Bu il yanvar-mart aylarında Azərbaycanda ümumilikdə 58 316 müraciət üzrə 87 587 “ASAN İmza” sertifikatı verilib.

“İki sahil” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, hesabat dövründə həmçinin 2 700-dən çox vergi ödəyicisinə qüvvədə olan "ASAN İmza" ilə mövcud sertikatın yenilənməsi və yeni sertifikatın verilməsi elektron xidmətləri göstərilib.