Naxçıvan Dövlət Universitetinin (NDU) Texnologiya Mərkəzi Milli Kulinariya Assosiasiyasının rəhbəri Tahir Əmiraslanovun 65 illik yubileyi münasibətilə yaradıcılıq gününə və təhsil alan gənc kulinarların 5-ci Respublika çempionatında istirak ediblər.
“İki sahil” xəbər verir ki, gənc kulinarların 5-ci çempionatında NDU komandası bütün rəqiblərini qabaqlayaraq 1-ci yerə layiq görülüb.
NDU-nu təmsil edən komandaya Texnologiya Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Quliyeva rəhbərlik edirdi.