Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının 3 % artacağını proqnozlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə IMF-nin “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatının aprel sayında bildirilir.
Sənədə əsasən, bu, Fondun oktyabr proqnozu ilə müqayisədə 0,5 faiz bəndi çoxdur.
IMF gələn il və 2028-ci ildə Azərbaycan iqtisadiyyatının 2,6 % artacağını gözləyir.
2021-ci ildə ölkə iqtisadiyyatı 4,6 % artıb.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub