Beynəlxalq Valyuta Fondu (IMF) 2023-cü ildə neftin qiymətinin 24,1 %, 2024-cü ildə isə 5,8 % azalacağını proqnozlaşdırır.
“Report”un məlumatına görə, bu barədə IMF-nin “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatının aprel sayında bildirilir.
Sənədə əsasən, 2023-cü ildə neftin maya dəyərinin dollar ifadəsində gözlənilən azalması 7,9 faiz bəndi azaldılıb. 2024-cü ilin göstəricisi yanvar ayı ilə müqayisədə 1,3 faiz bəndi artıb.
Valyuta Fondu 2022-ci ildə neftin qiymətinin 39,2 % artacağını təxmin etmişdi.
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
Fırıldaqçılar “Odisseya” filminin premyerası ətrafındakı ajiotajdan rusdilli istifadəçiləri aldatmaq üçün istifadə edirlər
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir