Azərbaycanda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə dünyanın 95 ölkəsindən elmi məqalələr göndərilib. Bununla da Azərbaycan rekorda imza atıb.
“İki sahil” xəbər verir ki, bunu Azərkosmosun İdarə Heyətinin Sədr müavini Dunay Bədirxanov "Beynəlxalq Astronavtika Konqresinə dair media brifinqində" deyib.
"Eyni zamanda, ölkəmizədə keçiriləcək Konqresə göndərilən 3532 abstrakt ilə Azərbaycan ilk 4 ölkə sırasında yer alıb. Azərbaycandan isə Konqresə 214 elmi məqalə göndərilib" - deyə D. Bədirxanov əlavə edib.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub