13 aprel 2023 12:51
424

Biləsuvarın Bağbanlar kəndində şəhidlərin ailələri ziyarət edilib - FOTO

Şəhid ailələrinə biləsuvarlı şəhidlərin döyüş yolundan bəhs edən “HÜZURUNDA BAŞ ƏYİRƏM, QƏHRƏMAN-200” adlı kitabı təqdim edilib

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov torpaqlarımızın azadlığı uğrunda aparılan Birinci Qarabağ Müharibəsində şəhid olan Heydər Niftulla oğlu Rufullayevin, Kərəm Təvəkkül oğlu Hacıyevin, Daşqın Qurban oğlu Əsgərovun, Aydın Qəhrəman oğlu Həsənovun, Nazim Həsən oğlu Həsənovun, Elşad Paşa oğlu İsmayılovun, Əhməd Tahir oğlu Babaşovun və Yaşar Məcid oğlu Əliyevin Bağbanlar kəndindəki ata ocaqlarını ziyarət edərək, valideynləri və yaxınları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

“İki sahil” xəbər verir ki, görüşdə rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Biləsuvar RİHB-nin məsul əməkdaşları da iştirak edib.

Şəhid ailələri ilə görüşdə bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərindəki şanlı qələbəsi ölkəmizin tarixinə qızıl hərflərlə əbədi olaraq yazıldı.Ərazi bütövlüyümüzün bərpası, doğma torpaqlarımızın düşməndən azad edilməsi uğrunda gedən Birinci və İkinci Qarabağ döyüşlərində canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlarda yaşayacaq və hər zaman minnətdarlıqla anılacaqdır.

Faiq Qürbətov görüş zamanı şəhid ailələrinə biləsuvarlı şəhidlərin döyüş yolundan bəhs edən “HÜZURUNDA BAŞ ƏYİRƏM, QƏHRƏMAN-200” adlı kitabı təqdim etmişdir.

Şəhid valideynləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.