15 aprel 2023 11:05
779

Tovuz qəbiristanlıqlarında oğurluq olub

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki qəbiristanlıqlardan silsilə oğurluq etməkdə şübhəli bilinən rayon sakini Mehman Hüseynov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “İki sahil”ə verilən məlumata görə, araşdırmalar zamanı həmin qəbiristanlıqlardakı mərmər sexlərinin birində işləyən M. Hüseynov cari ilin müxtəlif vaxtlarında 15-ə yaxın qəbir daşının yanındakı mərmər güldanları oğurlayaraq digər mərmər sexlərinə satıb.

Şübhəli şəxsin anoloji cinayətlər törətməsi istisna olmadığında faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.