İstanbuldan Bakıya gələn sərnişində 17 kq qızıl-zinət əşyaları aşkar edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, Komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları daxil olan əməliyyat məlumatı əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının əl yüklərinə baxış keçirib.
Baxış zamanı əl yüklərindən 6 qutuda qablaşdırılmış, ümumilikdə təqribi çəkisi 17 kq təşkil edən qızıl-zinət əşyaları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.