15 aprel 2023 18:33
327

Ölkəmizdə koronavirusa yoluxanların sayı açıqlandı

Ötən gün ölkəmizdə aparılan 1 min 298 test nəticəsində məlum olub ki, 79 nəfər koronavirusa (COVID-19) yoluxub.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, 6 nəfərin dünyasını dəyişdiyi son sutka ərzində 72 nəfər COVID-19 xəstəsi sağlamlığına qovuşub.