15 aprel 2023 18:49
454

Bu gün Bakının 533 küçəsi yuyuldu

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə Bakı Şəhər İcra Hakimiyyətinin qərarına uyğun olaraq bu gün Bakı şəhərində təmizlik və abadlıqla bağlı növbəti ümumşəhər daxili iməcliyi keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən “İki sahil”ə verilən məlumata görə, iməclik zamanı 533 əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını təmin edilib və təmizlik və abadlıq işləri həyata keçirilib.

Sevindirici haldır ki, bu gün paytaxtın küçə və prospektləri, park və bağları təmiz və baxımlı vəziyyətdədir. Bu hal sakinlərimiz və paytaxtin qonaqları tərəfindən xüsusi olaraq qeyd edilir və bu gün keçirilən iməclik Bakımızın daha da abadlaşmasına və gözəlləşməsinə töhfə olmuşdur.