16 aprel 2023 20:05
376

Ölkəmizdə koronavirusa yoluxanların sayı açıqlandı

Ötən gün ölkəmizdə aparılan 838 test nəticəsində məlum olub ki, 66 nəfər koronavirusa (COVID-19) yoluxub.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, 1 nəfərin dünyasını dəyişdiyi son sutka ərzində 59 nəfər COVID-19 xəstəsi sağlamlığına qovuşub.