16 aprel 2023 20:16
354

Ölkəmizdə peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) 120 peyvənd vurulub.

“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 62, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17, “buster” doza ilə peyvənd olunanların sayı 34, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 7 nəfərdir.