Milli Məclisin deputatı Müşfiq Məmmədli Xızı rayonunda bir qrup seçiciləri ilə görüşüb.
“İki sahil” xəbər verir ki, rayonun Xələnc kəndində keçirilən qəbulda Xızı rayon İcra hakimiyyətinin başçısı Xəzər Aslanov həmçinin rayon idarə rəhbərləri iştirak edirdilər.
Sakinlər onları narahat edən mövzularla bağlı müraciətlərini ediblər. Vətəndaşlar dinlənildikdən sonra qaldırdıqları məsələlər barədə qeydiyyat aparılıb.
Görüşdə kənd həyatı, sakinlərin qayğıları və istəkləri barədə ətraflı fikir mübadiləsi aparılıb.