Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Marsol Group-un təşkilatçılığı, "Beynəlxalq Təhsil Mərkəzi", "Caspian Energy Group", "Texno Gallery", Ramazan ayı münasibətilə 500-dən çox sahibkarın və bir sıra dövlət qurumlarının iştirak etdiyi "Sahibkarlarla iftar süfrəsi" adlı tədbir baş tutub.
“İki sahil” xəbər verir ki, “Sahibkarlarla iftar süfrəsi” tədbirində dövlət qurumlarından Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva,Milli Məclisin deputatları Müşfiq Məmmədli və Vüqar İskəndərov iştirak ediblər.
Dövlət qurumu nümayəndələrinin çıxışından sonra söz “Sahibkarların iftar süfrəsi” tədbirinin təşkilinə dəstək olan Marsol Group partnyoru "Beynəlxalq Təhsil Mərkəzi", "Caspian Energy Group", "Texno Gallery", "Meslehetchi.az", "One Smart Star" şirkətlərinin rəhbərlərinə verilib. Ardınca şirkət rəhbərlərinə plaket təqdim olunub və şirkətlərin video təqdimatları izlənilib.
Biznes imkanları, məlumat mübadiləsi və innovasiyaya yol açan növbəti görüşlərimizdən olan “Sahibkarlarla iftar süfrəsi” partnyorlarımızın səmimi mühitdə yeni tanışlıqlar və dostluq münasibətləri qurub, netvorkinq əlaqələrini genişləndirməsinə vəsilə oldu.