Bu ilin ilk rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə elektron xidmətlərə 1,2 milyon müraciət qeydə alınıb
“İki sahil” xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, bu dövrdə e-sosial.az portalından 2,5 milyon dəfə istifadə olunub.
Qurumların informasiya bazaları ilə inteqrasiya prosesi təmin edilir və I rübdə Nazirliyin mərkəzləşmiş informasiya sistemlərinə sorğu sayı 29,7 milyon olub.
Son 3 ayda e-sosial.az portalının aktiv istifadəçilərinin sayı artmaqda davam edərək 1 milyon 326 minə çatıb. Həmin dövrdə portaldan 2,5 milyon dəfə istifadə olunub.