Azərbaycanda son sutkada koronavirus (COVID-19) 204 peyvənd vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 128, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44, “buster” doza ilə peyvənd olunanların sayı 22, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 10 nəfərdir.