27 aprel 2023 18:16
497

Həmin verilişdən sonra Ərdoğanın yeni - FOTOSU

2 gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayım zamanı özünü pis hiss edib və bu səbəbdən proqrama qısa müddətlik fasilə verilib. Bunun ardınca, Ərdoğan həkimlərinin tövsiyəsinə uyğun olaraq aprelin 26-sı planlarını ləğv edərək evində istirahət edib.

“İki sahil” xəbər verir ki,  Türkiyə liderinin halının pisləşməsindən sonra iş başında ilk fotoları yayılıb.

Sözügedən fotolar isə Ərdoğanın bu gün Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı çəkilib. Görüntülərdən Türkiyə Prezidentinin səhhətinin yaxşı olduğunu görmək mümkündür.