Bolqarıstan prezidentinin səlahiyyətlərini icra edən İliyana Yotova qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə "BNT-Novini" portalı məlumat yayıb.
İ.Yotova əlavə edib ki, onun prezident postuna namizədliyi təşəbbüs komitəsi tərəfindən irəli sürüləcək, ölkənin vitse-prezidenti postuna namizəd isə daha sonra məlum olacaq.
"Bəli, mən namizədliyimi irəli sürəcəyəm. Mənim namizədliyim təşəbbüs komitəsi tərəfindən irəli sürüləcək. Hesab edirəm ki, Bolqarıstanda bir çox insan məni dəstəkləyir", - o, qarşıdan gələn seçkilər barədə sualı cavablandırarkən bildirib.
İ.Yotova 2026-cı ilin yanvar ayının ortalarından, Bolqarıstanın sabiq prezidenti, hazırkı Baş nazir Rumen Radev istefa verdiyi vaxtdan dövlət başçısının səlahiyyətlərini icra edir. O, bu vəzifədə R.Radevin mandatının sonunadək - 2027-ci il yanvarın 22-dək qala bilər.
Qeyd edək ki, Bolqarıstanda prezident seçkilərinin tarixi rəsmi şəkildə elan edilməyib, lakin 2026-cı ilin noyabrında keçirilməsi gözlənilir.