Aprelin 29-da guya Azərbaycan Ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində Dığ yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik. Bu, Ermənistanın növbəti dezinformasiyadır.
“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Görünən odur ki, Ermənistan ordusunda şəxsi heyət arasında nizam-intizam və hərbi nizamnamədən kənar münasibətlər ciddi problem olaraq qalmaqdadır”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava qüvvələrinin komandanları görüşüblər
“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar