2003-cü ildən bəri Azərbaycanın valyuta ehtiyatları 41 dəfə artaraq bu ilin aprel ayına 65,9 milyard ABŞ dolları təşkil edib.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Heydər Əliyevin 100 illik yubileyi ilə münasibəti ilə keçirditi tədbirdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov bildirib.
Bundan başqa, o deyib ki, son 20 ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) nominal həcmi 22 dəfə artaraq ötən ilin yekununda 133,8 milyard manata, adambaşına düşən ÜDM-in həcmi isə 17,8 dəfə artaraq 13 292 manata çatıb.
“20 il ərzində əhalinin nominal gəlirləri 13,7 dəfə artaraq 68,9 milyard manat, orta aylıq əmək haqqı isə 13,3 dəfə artaraq 839 manat olub”, - deyə N.Əmirov qeyd edib.