05 may 2023 15:37
630

Bayraktar: "Bayraktar Teknoloji Azərbaycan" pilotsuz sistemlər sahəsində fəaliyyət göstərəcək

"Bayraktar Teknoloji Azərbaycan" pilotsuz sistemlər sahəsində fəaliyyət göstərəcək,

"İki sahil"in TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyənin Baykar şirkətinin baş direktoru Haluk Bayraktar bildirib.

""Bayraktar Azərbaycan mərkəzi" süni intellektli robot-pilotsuz sistemlərin tədqiqi və inkişafı, pilotsuz sistem platformaları, texniki xidmət hazırlığı, texniki dəstək, logistika koordinasiyası sahələrində işləmək məqsədi daşıyır", - deyə o əlavə edib.

Qeyd edək ki, 2022-ci iliin dekabr ayında Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Bayraktar Teknoloji Azərbaycan" MMC-ni dövlət qeydiyyatına alıb.