05 may 2023 19:07
632

Aprel ayında Azərbaycanın qeyri-neft ixracı 15% artıb

2023-cü ilin aprel ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 275 milyon dollar təşkil edib.

“İki sahil” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi 2022-ci ilin aprel ayı ilə müqayisədə 15% və ya 35.8 milyon dollar çoxdur. 2022-ci ilin aprel ayında Azərbaycanın qeyri neft ixracı 239.2 milyon dollar təşkil edib.

Qeyd edək ki, cari ilin aprel ayında ixrac olunan qeyri-neft məhsulllarının 24.1%-I (66.3 mln dolları) yeyinti məhsulları, 75.9%-i(208.7 milyon dolları) isə qeyri-yeyinti məhsullarıdır.