06 may 2023 10:23
503

Samir Şərifov: 2023-cü ilin dövlət büdcəsində dəyişikliklər edilməsi zərurəti yaranıb

Cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkə qarşısında duran vəzifələrin icrası üçün 2023-cü ilin dövlət büdcəsində dəyişikliklər edilməsi zərurəti yaranıb.

“İki sahil” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.

O qeyd edib ki, əsas istiqamətləri cənab Prezident İlham Əliyev öz çıxışında göstərib.

“İlk növbədə Böyük Qayıdış proqramı ilə əhatə olunan layihələrin maliyyələşdirilməsi proqramının sürətlə həyata keçirilməkdədir. Digər tərəfdən, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün də əlavə vəsaitə ehtiyac var. Bunun üçün də büdcəyə yenidən baxılması nəzərdə tutulmuşdur”, - deyə nazir əlavə edib.