06 may 2023 20:18
544

BP şirkətində çalışan azərbaycanlı işçilərin sayı açıqlanıb

Birinci rübün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 min 307 nəfər olub.

BP-dən “İki sahil”ə bildirilib ki, bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100 faiz yerli vətəndaşlardan ibarətdir.