06 may 2023 20:25
604

AERA: Apreldə sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı 358 müraciət daxil olub

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən aprel ayında sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı daxil olan 358 müraciət qəbul edilib.

Agentlikdən “İki sahil”ə bildirilib ki, bütün müraciətlər araşdırılıb və cavablandırılıb.

Müraciətlərə Bakıda və regionlarda yerləşən 15 “ASAN xidmət”, 3 “ASAN Kommunal” mərkəzində və 3 KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralarda baxılıb.