08 may 2023 09:31
390

Nyu-York birjasında təbii qazın qiyməti 3,5% artıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

“İki sahil” xəbər verir ki, iyunda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 3,55% artaraq, 2,188 ABŞ dolları təşkil edib.