Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitləri tərəfindən hərbi hissələrdə "Tərbiyəvi işin təşkili və psixoloq" ixtisasları üzrə zabitlərin yoxlanışı davam edir.
“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Plana əsasən, hərbi hissələrdə bu ixtisaslar üzrə zabitlərin nəzəri bilikləri, praktiki fəaliyyətləri və fiziki hazırlıqları yoxlanılır, məqbullar qəbul edilərək müvafiq tapşırıqlar verilir.
Qeyd edək ki, yoxlamaların keçirilməsində məqsəd tərbiyəvi işin təşkili və mənəvi-psixoloji təminat üzrə məsul şəxslərin bilik və bacarıqlarının yüksək səviyyədə saxlanılmasıdır.
Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava qüvvələrinin komandanları görüşüblər
“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar