"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin sədri (İH) Sevinc Gülmaliyeva vəzifəsindən azad edilib.
“İki sahil” xəbər verir ki, şirkətə rəhbərlik Uğur İbrahimliyə həvalə olunub.
O, indiyə qədər "Meqa Həyat Sığorta" ASC-nin İH-nin sədri olub. U.İbrahimlinin yerinə isə onun müavini Emil Ağamaliyev gətirilib.
Xatırladaq ki, "Meqa Sığorta" 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır. Şirkətin səhmlərinin 19 %-i Rauf Əliyevə (“Rabitəbank” ASC-nin 30 %-lik səhmdarı), 19 %-i Nəzakət İsmayılovaya, 19 %-i Zaur Quliyevə, 14 %-i Yaşar Qurbanova (Direktorlar Şurasının sədri), 10 %-i Zeynal Əliyevə, 10 %-i Faiq Şahəliyevə, 9 %-i isə Yaşar Əliyevə məxsusdur.
“Meqa Həyat Sığorta” isə 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 11 milyon manatdır. Şirkətin səhmdarı 100 % “Meqa Sığorta”dır.