2022-ci ilin yekunlarına görə, "Petkim"in gəliri 70 faiz artıb.
“İki sahil”in Türkiyənin İzmir şəhərinə ezam edilmiş müxbirinin verdiyi məlumata görə, bunu bu gün "SOCAR Türkiyə"nin baş direktoru vəzifəsini müvəqqəti icra edən Elçin İbadov İzmirdə Azərbaycan KİV-ləri üçün keçirdiyi mətbuat konfransında deyib.

E.İbadov qeyd edib ki, Star neft emalı zavodunda (NEZ) istehsal göstəriciləri iki dəfədən çox artıb. "Biz bu göstəricilərə yüksək texnologiyaların tətbiqi və infrastrukturun modernizasiyası hesabına nail olmuşuq", - o deyib.
E.İbadov təkcə Star NEZ və Petkim tərəfindən 120 layihənin həyata keçirildiyini bildirib.
"Onların icrasından büdcəmizə 750 milyon dollar cəlb etmişik", - deyə o əlavə edib.
Qeyd edək ki, "SOCAR Türkiyə" Türkiyədə kommersiya fəaliyyətinə 2008-ci ildə "Petkim"in səhmlərinin 51 faizini satın aldıqdan sonra başlayıb. Tərkibinə öz sinfində ən yaxşı şirkətlər olan "Petkim", "TANAP", Star NEZ, "SOCAR Terminal", "Petkim RES" (külək elektrik stansiyası), "Bursagaz", "Kayserigaz", "Enervis", "SOCAR Enerji Ticaret", "Millenicom", "SOCAR Ticaret" və "SOCAR Depolama" daxildir.
Macarıstanlı tələbələr və çinli professor və doktorantlar SOCAR-ı ziyarət ediblər
SOCAR-ın təşkilatçılığı ilə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı layihə həyata keçirilib