12 may 2023 12:20
717

Bu il  Star NEZ-də emal olunacaq neftin həcmi AÇIQLANIB

Bu il SOCAR-ın Türkiyədəki STAR neft emalı zavodunda 12 milyon ton neft emalı planlaşdırılır.

“İki sahil”in Türkiyənin İzmir şəhərinə ezam edilmiş müxbirinin verdiyi məlumata görə, “SOCAR Türkiyə” Emal və Neft-Kimya bölməsinin rəhbəri və “Petkim Petrokimya Holding”in Baş direktoru Anar Məmmədov İzmirdə təşkil olunan mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, zavodun eməl gücünün 10 milyon ton olmasına baxmayaraq, ötən il müəssisə 11,3 milton ton neft emal edib. Bu, həyata keçirilən əlavə tədbirlər nəticəsində mümkün olub.