12 may 2023 12:46
695

"Star" neft emalı zavodunun gələn il üçün planlaşdırılmış dayandırılması nə ilə bağlıdır?

SOCAR-ın Türkiyədə ki "Star" neft emalı zavodunun gələn il planlaşdırılmış dayandırılması bir neçə məqsəd daşıyır.

“İki sahil"in Türkiyənin İzmir şəhərinə ezam edilmiş müxbirinin verdiyi məlumata görə, bu barədə “SOCAR bu barədə ” Emal və Neft-Kimya bölməsinin rəhbəri və “Petkim Petrokimya Holding”in Baş direktoru Anar Məmmədov İzmirdə təşkil olunan mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, neft emalı zavodu istifadəyə veriləndən sonra birinci dəfə dayandırılacaq və ilk növbədə planlaşdırılmış profilaktik işlərinin aparılması məqsədini daşıyır.

Anar Məmmədov qeyd edib ki, digər məqsəd - zavodda planlı təmir işlərinin aparılması qrafikində tezliliyin uzaldılmasını təmin etməkdir.

Belə ki, onun sözlərinə görə, zavodda aparılacaq əlavə tədbirlər nəticəsində zavodun dayandırılma tezliyi dörd ildən beş ilədək uzadılacaq.

Anar Məmmədov onu da əlavə etdi ki, müəssisənin təqribən iki aylıq planlı profilaktik işlərinin aparılması üçün dayandırılması şirkət üçün itkilər deməkdir və zavodun planlı təmirlərə dayandırılması tezliliyin uzadılması maliyyə baxımından müsbət təsir təsir göstərəcək. Bu, 40 milyon dollar civarında qənaət deməkdir.