“SOCAR Türkiyə”nin tərkibindəki “Star” neft emalı zavodunda Azərbaycan nefti emal edilmir”.

“İki sahil"in Türkiyənin İzmir şəhərinə ezam edilmiş müxbirinin verdiyi məlumata görə, bu barədə “SOCAR Türkiyə” Emal və Neft-Kimya bölməsinin rəhbəri və “Petkim Petrokimya Holding”in Baş direktoru Anar Məmmədov bu gün keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, buna səbəb Azərbaycan neftinin mükəmməl tərkibə sahib olmasıdır:
“Star” NEZ isə çox əhəmiyyətli gücü olan zavoddur. Ən keyfiyyətsiz nefti belə təmiz hala gətirə bilər. Ona görə, biz düşünürük ki, “Star” neft emalı zavodunda daha çətin emal edilən neftdən istifadə olunmalıdır”.
Macarıstanlı tələbələr və çinli professor və doktorantlar SOCAR-ı ziyarət ediblər
SOCAR-ın təşkilatçılığı ilə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı layihə həyata keçirilib