"14 May seçkilərinin sülh və əmin-amanlıq içərisində keçməsi Türkiyəmizin demokratik yetkinliyinin ifadəsidir".
“İki sahil” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviter səhifəsində qeyd edib.
"Seçki müsbət və demokratik şəraitdə keçdiyi halda, səslərin hesablanması hələ də davam etdiyi halda, nəticələrin tələsik elan olunmasına cəhd milli iradənin qəsb edilməsi deməkdir. Biz sevinirik ki, xalqımızın rəğbəti səslərin sayılmasında öz əksini tapır.
Demokratiya naminə səs verən, seçki işində iştirak edən bütün vətəndaşlarımı təbrik edir, onların hər birinə öz təşəkkürümü bildirirəm.
14 May seçimlərinin böyük bir demokratiya şöləni şəklində gerçəkləşməsi, Türkiyəmizin sahip olduğu demokratik olgunluğun ifadəsidir, - paylaşımda deyilir.