24 iyul 2026 22:43
93

Küveyt ordusu İranın dron hücumunun dəf edildiyi barədə məlumat verib

Küveyt Silahlı Qüvvələri ölkənin Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin İran pilotsuz uçuş aparatlarını (PUA) zərərsizləşdirdiyini bəyan edib.

“İki sahil” "Aljazeera"yə istinadən xəbər verir ki, bu barədə Küveyt ordusunun bəyanatında bildirilib.

Qeyd edilib ki, sakinlərin eşidə biləcəyi partlayış səsləri HHM sistemlərinin fəaliyyəti ilə bağlıdır.

Dronların sayı və hücumun mümkün nəticələri barədə digər təfərrüatlar verilməyib.