SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyi mayın 17-də növbəti «Açıq mikrofon» aksiyasını Kürdəmirdə keçirib. Aksiyada rayon sakinlərinin təbii qaz təchizatında üzləşdikləri çətinliklər Birlik rəsmiləri tərəfindən dinlənilib.
Eyni zamanda, səslənən hər bir müraciət və təklif qeydə alınmaqla icrası üçün «Azəriqaz» İB-nin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi müraciətlərin araşdırılması üçün isə müvafiq qərarlar qəbul olunub. Aksiyada Kürdəmir Rayon İcra Hakimiyyətinin məsul şəxsləri də iştirak ediblər.
E. Zaman, "İki sahil"
Macarıstanlı tələbələr və çinli professor və doktorantlar SOCAR-ı ziyarət ediblər
SOCAR-ın təşkilatçılığı ilə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı layihə həyata keçirilib