22 may 2023 09:45
269

NYMEX əmtəə birjasında təbii qazın ucuzlaşması davam edib

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

“İki sahil” xəbər verir ki, iyunda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,74% azalaraq, 2.54 ABŞ dolları təşkil edib.