22 may 2023 15:49
571

Sənaye məhsullarımızın ixracının genişləndirilməsini istəyirik- Yusif Abdullayev

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) Azərbaycanın sənaye məhsullarının ixracının genişləndirilməsini istəyir.

“İki sahil” xəbər verir ki, bunu Litvada səfərdə olan Agentliyin rəhbəri Yusif Abdullayev jurnalistlərə açıqlamasında bildirib.

"Azərbaycan ənənəvi olaraq kənd təsərrüfatı məhsulları ixrac edir. Bakıda keçirilmiş sonuncu Litva-Azərbaycan biznes forumundan sonra isə Azərbaycan şirkətlərindən biri Litvaya tullantılar üçün zibil torbalarının ixracına başlayıb. Biz böyük ixrac potensiallarının sənaye məhsulları üzrə reallaşdırılmasını istəyirik”, - deyə o qeyd edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və Litva Prezidenti Gitanas Nausedanın iştirakı ilə Vilnüsdə Azərbaycan-Litva biznes forumu keçirilir. Forumun yekununda 3 sazişin imzalanması gözlənilir.