23 may 2023 09:16
333

Azərbaycan nefti cüzi ucuzlaşıb

Dünya bazarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti cüzi ucuzlaşıb.

“İki sahil” xəbər verir ki,  Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,11 ABŞ dolları və ya 0,14 % azalaraq, 78,7 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.