23 may 2023 15:17
427

Energetika naziri Səudiyyə Ərəbistanı Krallığına səfər edib

Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdüləziz bin Salman Əl-Səudun dəvəti ilə 23 may tarixində bu ölkəyə səfər edib.

“İki sahil” xəbər verir ki, səfər çərçivəsində Səudiyyə Ərəbistanı Krallığı ilə ölkəmiz arasında energetika sahəsində əməkdaşlıq imkanlarının müzakirə edilməsi və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.