“Real”ın futbolçusu Vinisius Juniora qarşı irqçi ifadələr işlədən üç “Valensiya” azarkeşi həbs edilib.
“İki sahil” xəbər verir ki, bu barədə İspaniya polisi məlumat yayıb.
Xatırladaq ki, La Liqanın 35-ci turunun matçında “Valensiya” azarkeşləri Vinisiusu “meymun” və “axmaq” adlandıraraq təhqir edib və bu da futbolçuların əlbəyaxa davasına səbəb olub. Nəticədə oyun 8 dəqiqə dayandırılıb.