24 may 2023 13:24
418

İcraçı direktor: Turistlərin Azərbaycana gəlməsində heç bir məhdudiyyət yoxdur

Əvvəllər Azərbaycana gələn turistlərdən COVID-19 testi tələb olunsa da, hazırda bu tələb aradan qaldırılıb. Buna görə turistlərin Azərbaycana gəlməsində heç bir məhdudiyyət yoxdur.

“İki sahil” xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.

O bildirib ki, lakin hansısa xarici vətəndaşda COVID-19 xəstəliyi ilə bağlı hansısa simptomlar və şikayətlər mövcud olarsa, onlara da tibb mərkəzlərində müvafiq yardımlar göstərilir.