“Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) ictimai birliyi və Azərbaycan Əlil Velosipedçilər Klubunun birgə təşkilatçılığı ilə “Əlil arabası istifadəçisi olan gənc müharibə veteranlarının “1-ci Şəbəkələşmə Düşərgəsi” adlı layihəsi çərçivəsində “davamlılıq” fəaliyyəti keçirilib.
“İki sahil” xəbər verir ki, təkərli oturacaqdan istifadə edən vətən müharibəsi iştirakçılarının Respublika velotrekinin ərazisində ilk dəfə Para-Velospied idman növü ilə tanışlığına şərait yaradılıb.
Layihə rəhbəri Fərhad Abdulovun verdiyi məlumata görə, layihənin davamlılığı olaraq Şəki şəhərində təşkil olunan düşərgədə iştirak etmiş müharibə iştirakçılarının maraq göstərdiyi fəaliyyətlərə cəlb olunması nəzərdə tutulur. Davamlılıq fəaliyyətləri çərçivəsində müəyyən bir qrup iştirakçıların DOST İnklüziv İnkişaf və Yadacılıq Mərkəzinə ziyarətinin təşkili, digər bir qrup iştirakçının isə Şəki KOB İnkişaf Mərkəzinin xidmətlərindən faydalanması təmin olunacaq.
Məlumat üçün qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” ilə bağlı elan etdiyi xüsusi qrant müsabiqəsinin “Müharibə iştirakçılarının asudə vaxtlarının təşkili təşəbbüsləri” istiqaməti üzrə qalibdir. UYD ictimai birliyi tərəfindən icra olunmuş layihənin məqsədi əlil arabasının istifadəçiləri olan gənc müharibə veteranlarının asudə vaxtlarının səmərəli təşkilinin inkişaf etdirilməsindən ibarətdir.
Bakı–Tbilisi–Bakı qatarlarında sərnişin yerlərinin sayı təqribən 120 faiz artırılıb
YAP Ordubad rayon təşkilatında ərazi partiya təşkilatı sədrlərinin yubileyləri qeyd edilib