24 iyul 2026 12:09
96

YAP Ordubad rayon təşkilatında ərazi partiya təşkilatı sədrlərinin yubileyləri qeyd edilib

23 iyul 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Ordubad rayon təşkilatında Dırnıs kənd ərazi partiya təşkilatının sədri Raziyyə Bağırovanın, Çənnəb kənd ərazi partiya təşkilatının sədri Nəsimi Abdullayevin, Üstüpü kənd ərazi partiya təşkilatının sədri Ramazan Gözəlovun, Regional Su Meliorasiya Xidməti PHŞ ərazi partiya təşkilatının sədri Vilayət Bağırovun və Partiya veteranı Salman Fətəliyevin yubileylərinin qeyd olunması münasibətilə tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, YAP Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov Ümummilli lider  Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası haqqında, yubilyarların  həyat və fəaliyyətləri haqqında ətraflı məlumat verib. E. İsmayılov ərazi partiya təşkilat  sədrlərini təbrik edərək onlara xoş arzularını çatdırıb,  YAP Ordubad rayon təşkilatının ictimai-siyası həyatında fəal iştiraklarına, yubileylərinə görə hədiyyələr və fəxri fərmanlar təqdim olunub.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduqlarını  söyləyən ərazi partiya təşkilatı  sədrləri göstərilən diqqət və qayğıya görə Prezident, Yeni Azərbaycan Partiyasnın sədri cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirib, partiyaya fəaliyyətində yeni-yeni uğurlar arzulayıblar.

Daha sonra çay süfrəsi arxasında ərazi partiya təşkilatı  sədrlərinin özlərinin həyat və fəaliyyəti haqqında xoş xatirələri dinlənilib. Xatirə şəkilləri çəkilib.