25 may 2023 00:41
461

“Real”dan Vinisiusa dəstək FOTO

“Real”ın futbolçuları və azarkeşləri irqçi hücumların obyektinə çevrilən Vinisius Junioru dəstəkləyiblər.

“İki sahil” xəbər verir ki,  futbolçular La Liqanın 36-cı turunda “Rayo Valyekano” ilə oyundan (2:1) əvvəl braziliyalı yarımmüdafiəçinin formasında meydana çıxıblar. Vinisius dizindəki problemə görə sözügedən görüşü buraxıb.

Bundan başqa, oyunçular “Futbolda irqçiliyə yer yoxdur” yazısı olan bannerin yanında düzülüblər.

Azarkeşlər isə “Biz hamımız Vinisiusuq , bəsdirin” yazısı olan pankart qaldırıblar.

Xatırladaq ki, La Liqanın 35-ci turunun matçında  “Valensiya” azarkeşləri  Vinisiusu “meymun” və “axmaq” adlandıraraq təhqir edib və bu da futbolçuların əlbəyaxa davasına səbəb olub. Nəticədə oyun 8 dəqiqə dayandırılıb.