Türkiyə Mərkəzi Bankı uçot faiz dərəcəsini növbəti dəfə sabit saxlayıb.
“İki sahil” xəbər verir ki, müvafiq qərar Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) sədri Şahap Kavcıoğlunun sədrlik etdiyi Maliyyə Siyasəti Komitəsinin iclasında verilib. Belə ki, faiz dərəcəsi növbəti dəfə 8,5% olaraq təsdiqlənib.
TCMB ölkədə qiymət sabitliyi təmin edilənə, inflyasiyanın davamlı azalmasını təmin edən göstəricilər ortaya çıxana və orta müddətli 5 faizlik hədəfə çatana qədər sərəncamında olan bütün alətlərdən istifadəni qətiyyətlə davam etdirəcəyini açıqlayıb.
Qeyd edək ki, Türkiyə Mərkəzi Bankı sonuncu dəfə fevral ayının 23-də uçot dərəcəsini azaldıb və 9%-dən 8,5%-ə endirib.